BRİKS sammitinə Rusiyadan Səudiyyə Ərəbistanına dəvət

Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı BRİKS sammitinə dəvət etdiyini açıqlayıb.

Rusiya-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Strateji Dialoq Nazirlər Toplantısına qatılan Rusiya xarici işlər naziri Lavrov mətbuat konfransında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salmanı Kazanda keçiriləcək BRİKS sammitinə dəvət etdiyini bildirib.

Lavrov, "Şahzadə Salman dəvət edildi və biz bu gün onlarla görüşümüzdə hazırlıqları müzakirə etdik, əminəm ki, uğurlu bir zirvə olacaq" deyib.

Rusiya yanvarın 1-dən BRİKS-ə sədrlik edir. BRİKS sammitinin oktyabrın 22-24-də Kazanda keçirilməsi planlaşdırılır.