Bir zamanlar Danimarka, İsveçdə Quran təhqir edilərək yandırılanda heç təsəvvür olunmazdı ki, Azərbayan da belə bir ləkəni öz üzərinə götürüb qeyri-müsəlman ölkələri kimi Quranın təhqir olunmasına şahidlik edəcək. Sosial media üzərində Quranın vərəqlərini qopararaq, onu yandıran iblisin bu addımlara cürəti nifrətə layiqlidir və şübhəsiz cəzasını alacaqdır. Lakin özünü ateist olaraq elan edən şəxsin əhalisinin böyük çoxluğu müsəlman olan bir ölkədə Qurana qarşı həqarəti həqiqətən də düşünülməli bir çox sualları açıq edir.
Ölkədə dini inancına görə təzyiq Quran davamçılarını hədəfə alınca ateist olan bu şəxsin qeyd edilən iyrənc əməli ilk öncə rejimin İslam haqqında aşağılayıcı davranışlarının məlum nəticəsidir. Quranın müqəddəs olmadığını söyləyən Elşad Miriləri, “imam Hüeynov bacıları” deyib Məsumlara ağız əyən Mir Şahinlər sonunda mövcud vəziyyətə rəvac verdi. Hakimiyyətə bu kimi addımları dayandırmağı çağrış edənlər, Fazil Mustafaların hədyan danışıqlarına sədd qoyulmayacaq halda hansı nəticələrə gətirib çıxaracaq təhlükə səsləndirilsə də, sanki dinin alçaldılmasından zövq alan hakimiyyət əbləhlərin qarşısı alınmalı olduğu halda, inanclıların reperessiyasını genişlədərək din təəssübü çəkən günahsız insanları həbsxanalara doldurdu.
Nəticə bir zamanlar Mehriban Əliyevanın belə Avropada təhqirinə etiraz etdiyi Quranın Azərbaycan kimi bir inanclı ölkədə təhqiri ilə sonuclandı. Əlini Quranın üzərinə qoyub and içən ölkə başçısının siyasəti elə o Quranı da təhqir predmeti etdi.
Bu, Fazil Mustafa məhkəməsinin sonunda növbəti qarşıdurma maraqlarına çəkilən inanclı üçün şərəf məsələsi olduğu kimi, hakimiyyət üçün də növbəti həyəcan siqnalı olmalıdır. Bu kimi hallar dinin gözdənsalınması ilə şəxsiyyəti olmayanlara verilən kimliyin acı nəticəsidir.
Xatırladaq ki, bu gün sosial media üzərindən Elxan Nəbiyev adlı bir şəxs Quran vərəqlərini qopararaq onu gətirən əziz İslam Peyğəmbəri və müsəlmanların anası xanım Xədicə haqqında aşağılayıcı sözlər söyləyərək, ilahi kitabı yandırıb. Mövcud hadisə heç bir halda qəbul edilən deyil və mütləq olaraq rəzalət sahibi cəzasını almalıdır.
Avropadan sonra Quran Azərbaycanda da yırtılaraq yandırıldı