Lənkəran Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Vilayət Qədimova hökm oxuyub. İyulun 16-da baş tutan sonuncu məhkəmə onun barəsində CM-nin 234.1-1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham aktına baxıb.
Online şəraitində keçən məhkəmədə hakim dövlət ittihamçısının müttəhim barəsində istədiyi 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasını, eyni halda müdafiə tərəfin təqdim etdiyi sübutları nəzərə alınması ilə son qərarı elan edib. O, inanclı Vilayət Qədimovu barəsinə yetərli sübutların olmaması və bütün məhkəmə boyu şahidlərin saxta ittihamlarını əsaslı sayaraq onu 3 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Vilayət Qədimov 2023-cü il 22 oktyabr tarixində saxlanılıb. Ölkədə geniş həbs dalğasının gerçəkləşməsi öz günahsız qurbanları sırasına Vilayət Qədimovu da daxil edib. Hələ də davam edən həbslər, günahsız inanclıların “təmizlənməsini” həyata keçirir ki, bu sırada MBH üzvlərinin sayı artıq 74-ə yüksəlib. Onlardan 58 nəfərinə hökm oxunsa da, 16 nəfərinin istintaq və məhkəmələri hələ də davam edir.
Daha bir MBH üzvü azadlıqdan məhrum edilib