İranın daxili işlər naziri iraqlı həmkarı ilə Xürrəmşəhr-Bəsrə dəniz xəttinin işə salınması üçün müzakirələr apardığını bildirib və deyib: "İran və İraq arasında Xürrəmşəhrdən Bəsrəyə gəmiçilik xəttinin tikintisinə dair ilkin razılaşmalar əldə olunub".
İranın daxili işlər naziri Əhməd Vahidi Ərbəin yürüşünün möhtəşəm keçirilməsi üçün lazımi tədbirləri koordinasiya etmək üçün cümə günü səhər İraqın daxili işlər naziri Əbdül Əmir əl-Şəmmari və Xuzistan və Bəsrə valilərinin iştirakı ilə İranın cənub-qərbindəki Şələmçə sərhəd keçid məntəqəsinə baxış keçirərkən, bildirib ki, bu il Ərbəin ziyarətçilərinin hərəkətini asanlaşdırmaq üçün bütün lazımi tədbirlər görülüb.
Əhməd Vahidi İraq xalqı və hökumətinə Ərbəin ziyarətçilərinə ev sahibliyi etdiklərinə və Ərbəin mərasiminə ciddi səy göstərdiklərinə görə təşəkkür edib.
O, əlavə edib: "İraqın daxili işlər naziri ilə sərhədlərə baxış keçirdik, məsələlər araşdırıldı və yaxşı qərarlar qəbul edildi. Lazımi tədbirlər görülüb və ümid edirik ki, bütün zəvvarlar üçün çox yaxşı Ərbəin yürüşünün şahidi olacağıq".
Vəhidi qeyd edib ki, bu il nəqliyyat, sağlamlıq və Qızıl Aypara cəmiyyəti sahələrində verilən qərarlarla sərhəddən sürətlə keçid və pasport şöbələri arasında daha çox koordinasiya təmin edilib ki, heç bir problem olmasın. Ümid edirik ki, bu il göstərilən xidmətlər keçmişdəkindən daha yaxşı olacaq.
İran və İraq yeni Xürrəmşəhr-Bəsrə dəniz xəttini işə salacaq