Vatikan ABŞ-ın keçmiş səfiri arxiyepiskop Viqanonu “separatçılıq” ittihamı ilə xaric edib

Vatikan arxiyepiskop Viqanonun xaric edilməsinə səbəb kimi onun Papa Fransiskin legitimliyini tanımaması və Katolik Şurasının digər dinlərlə əlaqələrini tənzimləyən 2-ci Vatikan Şurasını rədd etməsi olduğunu açıqlayıb.

Vatikanın ABŞ-dakı keçmiş səfiri, katoliklərin ruhani lideri Papa Fransiski tez-tez tənqid edən arxiyepiskop Karlo Mariya Viqano “separatçılıq” ittihamı ilə xaric edilib.

Vatikana bağlı Din Doktrinası Nazirliyi, keçən ay müdafiə etməyə çağırdığı Viqanonu kilsənin birliyini parçalamaq ittihamı ilə xaric etdiyini açıqlayıb.

Vatikandan cümə günü edilən yazılı açıqlamada, xaric edilməsinə səbəb kimi Viqanonun Papa Fransiskin legitimliyini tanımaması və Katolik Şurasının digər dinlərlə əlaqələrini tənzimləyən 2-ci Vatikan Şurasını rədd etməsi olduğu bildirilib.

Təcrid olunmuş arxiyepiskop Viqano daha əvvəl ona qarşı irəli sürülən ittihamları “şərəf” kimi qəbul etdiyini açıqlamışdı.

Arxiyepiskop Viqano 2011-2016-cı illərdə ABŞ-da səfir vəzifəsində çalışıb.