Daha bir MBH üzvü saxlanıldı

Müsəlman Birliyi Hərəkatının üzvü Rövşən İsmayılov Kərbəla ziyarətindən qayıtdıqdan sonra sərhəddə təhlükəsizlik orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə onun yaxınları Operativ.tv-yə məlumat veriblər.

Məlumatda vurğulanıb ki, Rövşən İsmayılov Müsəlman Birliyi Hərəkatına qarşı keçirilən əməliyyatlar çərçivəsində saxlanılıb.

"Cabbar Cabbarovla olan yaxın dostluq münasibətinə görə ziyarətdən qayıdan Rövşəni sərhəddə saxladılar. Cabbar Cabbarov Hacı Tale Bağırzadə ilə birlikdə həbs olunmuşdu deyə onun yaxın dostu Rövşəni də saxladılar", - deyə yaxınları açıqlamalarında bildiriblər.

Hüquq müdafiəçiləri Rövşən İsmayılovun Milli Təhlükəsizlik Nazirliyində işgəncələrə məruz qaldığını diqqətə çatdırırlar.

Qeyd olunub ki, MTN-də işgəncələrə məruz qalan Rövşən İsmayılovun yaxınlarından 12 min manat pul alınıb və sərbəst buraxılıb.

MBH üzvünə ölkəni tərk edilməsi tələbi də qoyulub.