Avropa İnsan Haqları Məhkəməsi azadlıq.org, anaxeber.az, az24saat.org, xural.com xəbər portalları ilə bağlı qərar elan etdi.
Qərara əsasən bu saytlara Azərbaycan daxilindən girişin bloklanması Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində (İfadə azadlığı) nəzərdə tutulmuş hüquqları pozur.
Məhkəmənin qərarına əsasən, hökumət dörd ərizəçinin hər birinə 5 min avro mənəvi zərər əvəzi ödəməlidir. Eyni zamanda, ərizəçilərdən anaxeber.az, az24saat.org və xural.com saytlarının rəhbərlərinə hüquqi xərclər əvəzi 1000 avro ödənilməlidir.
Məhkəmə eyni zamanda ərizəçilərin iddia etdiyi Konvensiyanın 6-cı, 10-cu, 13-cü və 18-ci maddələrinin pozulduğunu tanımayıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Turana bildirib ki, Avropa Məhkəməsi tamamilə siyasiləşmiş bir qurumdur: "Onların ötən illər ərzində fəaliyyətini daima izləyən bir şəxs kimi deyə bilərəm ki, hüquq sisteminin şərtinə bu cür mühüm femida idarələrinə böyük dövlətlərin siyasi barmaqları ciddi şəkildə nüfuz edib. O əsnada bir sıra ölkələrin qarşısına çıxarılan qərarlar məhz geosiyasətdən asılıdır. Eyni zamanda bu ölkələrdəki hakimiyyətlərin Brüsseldən, Strasburqdan idarə olunmadığını gördükləri şəraitdə bir-birin ardınca sərt təzminatların da müəyyənləşdirdiyi qeyri-hüquqi qərarlar çıxarılır".
Deputatın sözlərinə görə, ədalət mühakiməsi bu gün beynəlxalq təşkilatlarda daha çox pozulur: "Onlar hüquq sistemini sağa-sola elastik əyilən rezin dəyənəyinə döndəriblər, istədikləri vaxtı onu müxtəlif iqtidarların üzərinə yönəldirlər".
Onun fikrincə, çox mümkündür ki, adı çəkilən saytlarla bağlı daxildə müxtəlif məhdudlaşdırma tədbirlərində hər hansı bir qanunsuzluq olduğunu inkar etmək də mümkün deyil: "Yəni, realdır ki, məhkəmənin və ya digər inzibati qərarlar yanlış olub. Bu məsələ ətrafında ölkə içərisində real addımların atılmasının, məsələni çözməsinin də həmişə tərəfdarı olmuşuq. Ancaq Avropa arealında öz dəyərlərini pozduqlarına, yad təbliğat apardıqlarına görə onlarla, bəzən yüzlərlə saytını bloklayan Avropa Məhkməsinin yerləşdiyi dövlətlərdir. Nə üçün onda onlar səslərini qaldırmayıblar? Əsla mənim bu mövqeyimdən Rusiya yaxud hansısa başqa bir ölkənin informasiya orqanın mənafeyinin müdafiəçisi kimi bizi göstərməsinlər. Mənim bu kontrarqument söyləməyimə məqsədim bu qurumların mövqelərinin daha artıq siyasi mənafeələrində dayandığını vurğulamaqdır".
Komitə sədri qeyd edib ki, ölkə içərisində ifadə azadlığının, media fəaliyyətinin daha geniş bir çərçivədə qurulması çox önəmlidir: "Amma bizə həmin informasiya azadlıqlarından danışan qüvvələr daima xaricdən antiazərbaycan mövqelərini sürətli bir şəkildə gündəmə çevirmək yönündə addımlar atırlar".
Z.Oruc Yeni Kaledoniyanı misal çəkərək Fransanın orada "informasiya həbsxanasını" yaratdığını bildirib.
O, qarşıdakı dövrdə Avropa Məhkəməsində Azərbaycan əleyhinə bir-birinin ardınca müxtəlif qərarlarını gözlədiyini qeyd edib.
Turan.az
AİHM Azərbaycanda 4 saytın bloklanmasını qanunsuz hesab edib