Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb.
O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub.
Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub. O, 36 yaş 320 günündə reytinqdə birinci olub. Cokoviç isə hazırda 36 yaş 321 günündə liderdir.
Serbiyalı idman mövsümünə aprelin 7-dən 14-dək Monte Karloda (Monako) keçiriləcək Masters turniri ilə başlayacaq.
Unikal.az
Cokoviçdən yeni dünya rekordu