Məncə, Cinayət Prosessual Məcəllə (CPM) ən ciddi ədəbiyyat nümunələrindən biridir. Bu irihəcmli kitab dərin qatlı, hər təkrar oxuda fərqli mənaları ortaya çıxan, bir porsiyada çoxlu informasiya verən, ağır, mürəkəb, problemli, eyni zamanda maraqlı bir əsərdir. Bir az mübaligə eləsək, CPM cinayət prosesinin müqəddəsatı, İncili-dir.
Məcəllədə bizim milli məhkəmə sisteminin özünəməxsusluğuna xeyli ciddi eyhamlar, kod anlayışlar, zahiri eynilik əlamətləri var. Məsələn, kitabda “məhkəmə” fəsili bitən kimi dərhal “ittiham” fəsili gəlir. İttiham tərəfi də ki nə az, nə çox, nəmxuda, xeylidir – prokurordan başlayıb, mülki iddiaçıda bitir. Siz, Azərbaycan məhkəmələrinin əsl, real vəziyyətini əks etdirən Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə zallarında cinayət prosesi tərəflərinin düzülüşünə fikir vermisiz? Başda, üçrəngli bayrağın kölgəsində oturan hakimlər briqadasının düz burnunun dibində dövlət ittihamçısı əyləşir həmişə. Necə ki, CPM-də “məhkəmə” fəsili bitən kimi, dərhal “ittiham” tərəfi başlayır, bax elə, yavuq, mehriban. Bunun əksinə olaraq müdafiə tərəfi çox uzaqdadır: təqsirləndirilən qəfəsdə, müdafiəçi – vəkil isə azı məhkəmə heyətindən 5-6 metr məsafədə. Necə ki, CPM-də “müdafiə tərəfi” fəsili “məhkəmə” fəsilindən 9 maddə uzaqlıqda yerləşdirilib, bax elə bir şey, “uzaq, yaşıl ada”.
Hərçənd, ortaya belə bir haqlı sual da çıxa bilər, bu düzülüş cinayət prosesi tərəflərinin, prosessual oyunçuların cinayət faktına, ictimai-təhlükəli əməlin fəlsəfəsinə münasibətdə təbii sıralaması deyilmi? Axı ittiham olmasa, müdafiə də olmaz, ittiham tərəfi olmasa, müdafiə tərəfi də olmaz. Maraqlı sualdır, amma bu məntiqlə gərək ittiham tərəfi hamıdan əvvəldə gəlsin, çünki belə götürəndə ittiham olmasa, heç məhkəmə də yoxdur. Təbii sıralama, düzülüş konfiqurasiyasını belə diqtə edir.
CPM-də “məhkəmə” fəsili ilə “ittiham” və “müdafiə” fəsili arasında qoyulmuş ayrı-seçkilik, doğma və yadlıq bilavasitə və qeyri-iradi olaraq praktikada məhkəmə-arbitrin tərəflərdən hansı məsafədə dayanmalı olmasını şərtləndirir. Bu ortamda isə cinayət prosesi tərəflərinin bərabər hüquqları və imkanları, çəkişmə və hüquq bərabərliyi prinsipləri göyə qanadlanır. Yeri gəlmişkən, çəkişmə və hüquq bərabərliyi haqda. Hərçənd, bu anlayışda məntiqlə “tərəflərin bərabərliyi” sözü “çəkişmə”dən əvvəl gəlməlidir, çünki, yalnız bərabər olan tərəflər çəkişə bilərlər, bərabərlik yoxdursa, çəkişmə də yoxdur, çəkişmənin birinci şərti bərabərlikdir. Bərabər olmayan tərəflərin çəkişməsi (hüquqi) qaravəllidən özgə bir şey deyil.
Məcəllənin ilkin variantında cinayət prosesinin bu ana, təməl prinsipinin yalnız məhkəmə baxışını əhatə etdiyi nəzərdə tutulurdu, ancaq sonradan “məhkəmə baxışı” “cinayət mühakimə icraatı” sözü ilə əvəzləndi. Yəni bu prinsip məhkəməyəqədərki dövrü, ibtidai istintaqı da ehtiva etdi. Hərçənd metafizik hüquq ağlı bu böyük “sınma”nı sinirə bilmir. Böyük bir bürokratik aparatı, necə deyərlər, topu-topxanası, geniş maddi, texniki imkanları və insan resursu olan bir tərəflə, məhdud imkanlı, üstəlik, əksər hallarda azadlığı məhdudlaşdırılmış (təqsirləndirilən) yaxud hüquqları çox məhdud olan, nəinki antisübutlar, heç yarım sübut, dörddəbir sübut toplamağı mümkünsüz olmuş bir tərəfin (vəkil) bərabərliyi mümkündürmü?
Qanunvericiliyin bu xoş niyyəti, hüquqi irsə sədaqəti alqışa layiqdir, amma simvollara ehtiram formal olanda, acı və gülünc real mənzərə yaranır: dövlət ittihamçısı hakimlərin düz burunun dibində əyləşir, hakimlərlə bir qapıdan girib, bir qapıdan çıxır, hətta arada vaxt edib, müşavirə otağına birgə pürrəngi çay da sifariş verirlər…
Ardı olacaq.
Simvollara formal ehtiramla