Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində Ankara hökumətinin ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Daxili İşlər Nazirliyi bildirir ki, Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkədə “fetoçular” (Türkiyə hakimiyyəti Gülən tərəfdarlarını FETÖ adlandırır) ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.
“Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir”, Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Qubad İbadoğlunun ofisində axtarış bir neçə saat davam edib. Onu ofisindən başına qara torba keçirərək çıxarıblar. Bu zaman o , “bu, İlham Əliyevin sifaridir”, deyə qışqırıb.
Qubad İbadoğlunun qızı Jalə Bayramova Amerikanın Səsinə deyib ki, atasının “fetoçularla” əlaqəsi barədə yayılan məlumat “tamamilə cəfəngiyyatdır”.
“Atamın feto ilə hər hansı əlaqəsi və onun barəsində heç bir məlumatı yoxdur. Sadəcə cəfəngiyyatdır. Bir nağıl lazımdır ki, istifadə edib atamı həbs etsinlər. Çox sadədir. Necə ki, kimi isə narkotik tapıb həbs edirlər, İran agenti edib həbs edirlər. Atamın həbsi də belə”, o qeyd edib.
Qubad İbadoğlunun həbsi sosial şəbəkələrdə sərt tənqidlərlə qarşılanıb. Çoxsaylı tanınmış ziyalılar, ictimai və siyasi xadimlər ona verilən ittihamı qəbul etmir.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Ameriknaın Səsinə deyib ki, Qubad İbadoğlunun həbsi siyasidir.
“O, uzun illərdir ki, hakimiyyətin sosial-iqtisadi siyasətini tənqid edən iqtisadçı alimdir. Eyni zamanda əsas müxalifət partiyalarından birinin lideridir. ADR Partiyasının sədri Qubad İbadoğlunu ad çəkmədən bir neçə dəfə prezident İlham Əliyevi də sərt tənqid edib. Hesab edirəm ki, Qubad bəyin həbsi dövlət başçısının xeyir-duası ilə mümkün olub. İbadoğlunun FETO ilə əlaqələndirilməsi, ofisindən 40 min dolların “tapılması” absurddur. Biz prosesi yaxından təqib edib, qiymətləndirməni davam etdirəcəyik”, hüquq müdafiəçisi qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, ADR partiyasının sədri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (bandotdel) tərəfindən saxlanması “siyasi repressiya aktıdır”.
“Qubad bəy və həyat yoldaşı azad edilməli, hökumətin tənqidçilərinə qarşı repressiyalar dayandırılmalıdır”, o, Facebook səhifəsində yazıb.
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli yazıb ki, Qubad İbadoğlunun saxlanılması “dəhşətli mənzərədir”.
“Gubad bəy ölkənin ən işıqlı ziyalılarından, ictimai-siyasi xadimlərindən biridir. Professor Gubad İbadoğlu ADR hərəkatının lideridir, dünyada tanınmış alimdir, London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə ölkəni təmsil edib. Qubad bəyin polis əməkdaşları tərəfindən saxlanılması sadəcə rüsvayçılıqdır. Daxili Işlər Nazirliyi artıq saxlanma faktını təsdiq edib. Hakimiyətin nə deməsindən asılı olmayaraq şübhəsiz ki, baş verənlər Gubad bəyin müxalif siyasi mövqeyi və BİZ-tv-dəki tənqidi çıxışları ilə bağlıdır. Professor Gubad İbadoğlu dərhal azad edilməlidir”, o qeyd edib.
Amerikanın Səsi
Qubad İbadoğlunun həbsi ilə bağlı rəsmi açıqlama və tənqidi münasibətlər