Tbilisidə xüsusi təyinatlı polislər etirazçıları dağıdıb

Tbilisidə ötən gecə etiraz aksiyasının keçirildiyi parlament binasının ətrafına xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. Polis etiraz aksiyasına müdaxilə edib.

Operativtv.com APA-nın Gürcüstan bürosuna istinadən xəbər verir ki, xüsusi təyinatlı qüvvələr su şırnağı, gözyaşardıcı və bibər qazından istifadə edərək Parlament binasının girişlərinin yerləşdiyi küçələri, eləcə də Rustaveli prospektini etirazçılardan təmizləyib.

Polislə qarşıdurma zamanı parlament binasının pəncərələrini sındıran etirazçılar ərazidəki polis maşınını aşırıblar.

Xəsarət alan və saxlanılanlar var.

Aksiya zamanı etirazçılarla hökumətyönümlü "İmedi" telekanalının əməkdaşları arasında fiziki qarşıdurma da baş verib.