İran XİN: BMT Şurasının iclası İranın Qərblə münasibətlərinə təsir edəcək

 İnsan Haqları Şurasının İranın Qərblə əməkdaşlığı üçün siyasi fəaliyyətinin mənfi nəticələri ola bilər. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian cümə günü BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı bildirib.

Telefon danışığı zamanı tərəflər bəzi regional və beynəlxalq hadisələr, o cümlədən Ukrayna, Yəmən və anti-İran sanksiyalarının ləğvi ilə bağlı danışıqlar barədə fikir mübadiləsi aparıblar. 

İranın Atom Enerjisi Təşkilatı ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında texniki danışıqların gedişinə toxunan Hüseyn Əmirabdollahian iki tərəf arasında əməkdaşlığı “proporsional” adlandırıb.

Hüseyn Amirabdollahian Ukrayna müharibəsində istifadə üçün Rusiyaya dronların göndərilməsi ilə bağlı əsassız ittihamları qəti şəkildə rədd edib. 

O, həmçinin bəzi ölkələrin qeyri-konstruktiv mövqelərini və hərəkətlərini kəskin tənqid edərək qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olaraq bəzi Qərb hökumətləri İranda dinc tələblərdən sui-istifadə edərək zorakılığı təşviq edib, virtual məkanda və KİV-də silah və Molotov kokteyli hazırlamağı öyrədirlər.

Sonda İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian İnsan Haqları Şurasının İranın Qərblə əməkdaşlığı üçün siyasi fəaliyyətlərinin mənfi nəticələri barədə xəbərdarlıq edib. 

BMT rəhbəri öz növbəsində BMT İnsan Hüquqları Şurasının vəzifələrini qeyd edib və İnsan Hüquqları Şurasının ölkələrin daxili işlərinə hər hansı siyasi müdaxiləsini rədd edib. 

İranın terrorizmlə mübarizədə konstruktiv rolunu və Yəməndə atəşkəsin bərqərar olunmasına kömək etməsini alqışlayan Antonio Quterreş İranı BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi ilə bu ölkədə müvəqqəti atəşkəsin uzadılması üçün işi davam etdirməyə çağırıb.