TANAP Türkiyəyə nə qədər neft daşıyıb?

"Bu ilin sentyabrın sonuna qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzərindən Türkiyəyə 2,7 mlrd. kubmetr təbii qaz daşınıb".

Bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

Onun sözlərinə görə, yekun investisiya qərarı qəbul ediləndə ümumi xərclər 11,7 mlrd. dollar həcmində qiymətləndirilən layihə tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində indiyə qədər 45 faiz qənaət əldə edilib: “Bu layihə 6,5 milyard dollara başa gəlib. Layihə tam zamanında tamamlanıb: "17,6 km uzunluğunda və 90 sm diametrdə dəniz keçidi, su səthindəki birləşmələri ilə birlikdə 51 gündə başa çatdırılıb".

Qafqazinfo.az