Avqustun 19-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri erməni əsgər Araik Kazaryana baş çəkiblər.
Bu barədə Turan İA xəbər verir.
Xəbərdə deyilir ki, təşkilatın Bakı ofisinin məlumatına görə, səfər BQXK-nin standart qaydalarına uyğun şəkildə baş tutub.
BQXK-nin mandatına əsasən, bu təşkilat saxlanılan şəxslərin saxlanma şəraitinin monitorinqini aparır və onların ailələri ilə əlaqə saxlamasına kömək edir.
Kazaryan avqustun 12-də Füzuli istiqamətində əsir düşüb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Kazaryan xidmət yoldaşlarının qeyri-insani rəftarı ilə əlaqədar ordudan qaçıb.
Qırmızı Xaç Kazaryana baş çəkib
Oxşar xəbərlər