Maliyyə Nazirliyi ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya ödənişinə daha 17,4 milyon manat vəsait ayırıb.
Bu barədə "Report" xəbər verib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, vəsait iyunun 24-də ayrılıb. Bununla da, dollar kreditləri üzrə kompensasiya ödənişinə ayrılmış vəsaitin məbləği 617,5 milyon manata çatıb. Bu, lazım olan vəsaitin təxminən 94%-dir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahı əsasında aprelin 18-də 350,8 milyon manat, mayın 6-da 53,5 milyon manat, mayın 14-də 26,3 milyon manat, mayın 15-də 42,6 milyon manat, mayın 23-də 46,2 milyon manat, mayın 31-də isə 80,6 milyon manat vəsait fəaliyyətdə olan və ləğv prosesində olan bankların, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-nin Azərbaycan Mərkəzi Bankındakı müxbir hesablarına köçürülüb.
Vəsaitin ayrılması İlham Əliyevin bu il fevralın 28-də imzaladığı "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın icrası çərçivəsində həyata keçirilib.
Problemli kreditlər ödənişinə 17.4 milyon manat vəsait ayrılıb
Oxşar xəbərlər