2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan 149,119 mln.. ABŞ dolları dəyərində 134,603 min ton meyvə-tərəvəz ixrac edib.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 37,988 mln. dollar (34,2%) və 30,292 min ton (29%) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,1%-ni təşkil edib.
Ayrı-ayrı məhsullara gəlincə isə, bu ilin ilk 4 ayında Azərbaycan xarici ölkələrə 41,873 min ton tomat ixrac edib. Həmin tomatın ümumi dəyəri 49,645 mln. dollar təşkil edib və Azərbaycanın ümumi ixracının 0,7%-i qədər olub.
4 ay ərzində Azərbaycan həmçinin 10,022 min ton meşə fındığı ixrac edib. Bu məhsulun ixracı 54,396 mln. dollar gəlir gətirib. Onun ölkənin ümumi ixracındakı payı isə 0,8% olub.
Həmçinin, ötən 4 ayda Azərbaycan alma ixracından 14,687 mln. dollar gəlir əldə edib. Azərbaycan almasının ixrac həcmi isə 35,44 min ton olub ki, bu da ümumi ixracda 0,2% paya bərabərdir.
Bundan başqa, yanvar-apreldə Azərbaycan 23,832 min ton xurma ixrac edib və 18,113 mln. dollar gəlir əldə edib. Xurma ixracı ölkənin ümumi ixracında 0,3%-ni təşkil edib.
Azərbaycan meyvə-tərəvəz ixracını 29% artırıb

Oxşar xəbərlər