Azərbaycanda iynə vurulan 10 yaşlı uşaq dünyasını dəyişib

Xəstəxanaya aparılan uşağın həyatını xilas etmək mümkün olmayıb

Cəlilabadda uşaq ölümü baş verib.

ONA-ya istinadla xəbər verilir ki, Qarazəncir kənd sakini, 2009-cu il təvəllüdlü Elnar Mustafayevin hərarəti yüksəlib.

Köməyə çağırılan tibb bacısının vurduğu antibiotik iynə uşağa pis təsir etdiyindən, onu dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Lakin xəstənin həyatını xilas etmək üçün gec olub.

Faktla bağlı araşdırmalara başlanılıb.