Ötən il qeydiyyatdan ötrü müraciət edən dini icmalardan 22-sinin sənədləri geri qayıdıb.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasında bildirilib.
Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
İclasda Komitənin sədri Mübariz Qurbanlı şıxış edib.
O, bildirib ki, 2018-ci ildə dövlət qeydiyyatına alınan dini icmaların ümümi sayı 909-a çatıb.
Onlardan 877-si İslam, 32-si isə qeyri-islam təmayüllü (21-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna) təşkilatlar olduğu bildirlir.
Komitə sədrinin deməsinə görə, dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı ötən il onlara 143 müraciət (138-i İslam, 5-i qeyri-islam təmayüllü) daxil olub. Onlardan 22 dini qurumun sənədlərinin qanunvericiliyə uyğun tərtib edilmədiyi əsas göstərilərək geri qaytarılıb. Ümumilikdə 98 dini icmanın (96-sı İslam, 2-si qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alındığı diqqətə çatdırılıb.
Qeydiyyaya alınmayan dini icmaların adları açıqlanmır.
Azərbaycanda 2009-ciu ildə qanunvericiliyə dəyişiklikdən sonra dini icmalar yenidən qeydə alınır.
Ancaq bu illər ərzində bəzi dini icmalar qeydiyyat məsələsində onlara süni maneələr yaradılmasından şikayətləniblər.
Bu məsələ ABŞ-ın din azadlığı hesabatlarında da öz əksini tapıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirilib ki, heç bir dini icmanın qeydiyyatından əsassız yerə imtina edilmir.
Azadlıq Radiosu
22 dini icmanın sənədləri geri qaytarılıb
Oxşar xəbərlər