Nitq-eşitmə qabiliyyəti məhdud olanlar Əskəriyyə ziyarətgahında

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İraqın Samirra şəhərində Əskəriyyə ziyarətgahının rəhbərliyi “Əl Amal” nitq-eşitmə qabiliyyəti məhdud olanlar üçün təsis edilmiş insitutdan bir qrupu qəbul edib.

Onlar İmam Əliyyən Nəqi (ə) və İmam Həsən Əskəri (ə) məzarlarını ziyarət etdikdən sonra, görüş keçirilib.

Müəllim və şagirdlərə türbə haqqında məlumat verilib, təhsil işçilərinə bu fəaliyyətdə uğurlar dilənib.