Məscidül-Əqsaya hücumun qiyməti ağır olacaq

İranın xarici işlər naziri Küveytin xarici işlər naziri ilə görüşündə İslam Əməkdaşlıq Təşkilatının 7-ci müddətli baş katibinin sionistlərin son hücumlarını və Məscidül-Əqsaya qarşı hörmətsizliyini pisləməsini yüksək qiymətləndirib və bunun İsrail rejimi üçün ağır nəticələr verəcəyini bildirib.

Operativtv.com İRNA-ya istinaddən xəbər verir ki, İranın xarici işlər naziri Küveytin xarici işlər naziri ilə görüşündə İslam Əməkdaşlıq Təşkilatının 7-ci Baş katibinin sionistlərin son hücumlarını və Məscidül-Əqsaya qarşı hörmətsizliyini pisləməsini yüksək qiymətləndirib. Nazir Abdullahiyan dini qurumlara və müqəddəs yerlərə qarşı təhqiramiz hərəkətləri dayandırmaq üçün effektiv beynəlxalq hüquq mexanizminin yaradılmasını təklif edib.

Küveytin xarici işlər naziri İran İslam Respublikasının İsrail rejimin regionda sülh və sabitliyə təhlükə yaradan hücum hərəkətlərinin dayandırılması üçün İslam Əməkdaşlıq Təşkilatı ilə koordinasiyalı hərəkət etmək təklifini alqışlayıb.