Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin əsərlər toplusu işıq üzü görüb. Bura onun məktubları və 1934-cü ildə İstanbulda nəşr edimiş "Şəfibəyçilik" əsəri daxildir.
Kitab ilk dəfə Azərbaycan dilində latın qrafikasında tarixçi Aydın Balayevin redaktəsi ilə nəşr edilib.
Kitabın "Məktublar" adlı birinci bölümündə M.Ə.Rəsulzadənin müxtəlif illərdə Əlimərdan bəy Topçubaşova və Ceyhun bəy Hacıbəyliyə ünvanladığı məktublar toplanıb.
Həmin məktubların bir hissəsi Topçubaşovun Parisdə saxlanan şəxsi arxivindən götürülüb. M.Ə.RəsulzadəninAzərbaycan mühacirətinin digər nümayəndəsi Şəfi bəy Rüstəmbəylinin 1933-cü ildə İstanbulda nəşr edilmiş "Yıxılan bütlər" kitabına cavab olaraq yazdığı "Şəfibəyçilik" əsəri isə həmin illərdə Azərbaycan Milli Məclisi daxilində baş verən fikir ayrılıqlarına həsr olunub.
Kitabda yer alan bütün bu sənədlər həm Rəsulzadə irsinin, həm də XX əsrin 20-30-cu illərində Azərbaycan siyasi mühacirəti daxilində baş vermiş proseslərin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Məmməd Əmin Rəsulzadənin əsərlər toplusu nəşr edilib

Oxşar xəbərlər