Mirfeyzulla Seyidov ev dustaqlığına buraxıldı

Mayın 22-də axşam saatlarında Nərimanov rayon məhkəməsində Mirfeyzulla Seyidovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək onun barəsindəki həbs qətimkan tədbirini dəyişib. Mirfeyzulla Seyidov hazırda öz evindədir. Bu barədə azadliq.info-ya vəkil Cavad Cavadov məlumat verib.

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində öz münasibətini belə ifadə edib:

“Dostlar, nəhayət bir şad xəbər. Mirfeyzulla Seyidov artıq evindədir. Onun haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə dəyişiblər. Bilirsiniz ki, AXCP funksioneri Mirfeyzulla bəy narkotika ilə şərlənərək həbs olunmuşdu. Onun səhhəti çox ağır idi. Həbsdə qalması onun ölümü ilə nəticələnə bilərdi. Bu çətin günlərdə Mirfeyzulla bəyin azadlığı üçün “məni tut, onu azad et”kampaniyası aparan cəsur partiyadaşlarıma, bu günlərdə bizimlə olan hər bir soydaşımıza təşəkkür edirəm. Hakimiyyətə də səslənirəm, insani addımlar atmaqdan çəkinməyin. Ölüm yatağındakı digər AXCP fəalı Elnur Fərəcovu da azad edin!”