Mahmud Abbas Netanyahunun İsrail seçkilərindəki qələbəsinə münasibət bildirib

“Təsirli beynəlxalq tərəflər Fələstin barışığını istəmir və Netanyahu da sülhə boyun əyən şəxs deyil.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas bunu Misir mətbuatına açıqlamasında deyib.

Dünyada, eləcə də fələstinlilər arasında barışığın işıq görməsini istəməyən mühüm beynəlxalq tərəflərin olduğunu deyən Mahmud Abbas Netanyahunun da sülhə inanmadığını qeyd və Knesset seçkilərinin nəticələrini şərh edib.

Abbas Əl-Qahirə Xəbər Kanalına verdiyi müsahibədə Əlcəzair Müqaviləsinə qədər Fələstin hərəkatlarının barışıq yollarından danışaraq, razılaşmanın tamamlandığını, indi də icra işlərinin qaldığını bildirib.

İsrail seçkilərinin nəticələrinə gəlincə, Abbas Netanyahunu uzun müddətdir, 90-cı illərdən tanıdığını deyib və əlavə edib:

"O, bir dəfədən çox seçkilərdə qalib gələrək, baş nazir olub və mən onunla çox dialoq aparmışam. O sülhə inanmayan (qəbul etməyən) adamdır. Mən onunla dialoq aparıram, çünki başqa yolum yoxdur. İndi İsrailin nümayəndəsi kimi mən kiminlə işləməliyəm?!”

Mahmud Abbas fikirlərini belə davam etdirib:

“Mənimlə İsrail arasında problem var. İsrail mənim torpağımı və ölkəmi işğal edir və onun baş naziri kimdir? Netanyahu. Mən bununla işləmək (dialoq aparmaq) məcburiyyətindəyəm. Eyni zamanda öz mövqelərimə (Fələstinlə bağlı) sadiqəm”.