Kətaibi Hizbullah: Son ABŞ əsgəri İraqı tərk edənə qədər onlarla döyüşəcəyik

ABŞ hərbçilərinin İraqda olması və ABŞ-ın Curf ən-Nəsrə hücumları ilə bağlı Vaşinqtonla Bağdad arasında danışıqlar aparıla biləcəyi xəbəri müqavimət qruplarının reaksiyasına səbəb olub. İraqın Kətaibi Hizbullah müqavimət qrupunun təhlükəsizlik rəisi Əbu Əli əl-Əskəri deyib: “İşğalçı ABŞ-a qarşı cihad əməliyyatlarımız onların sonuncu əsgəri İraqı tərk edənə qədər davam edəcək.”

Əbu Əli Əl-Əskəri ABŞ-ın İraqla bu ölkədəki hərbi mövcudluğunun gələcəyi ilə bağlı danışdığı xəbərinə reaksiya verib və bu açıqlamaları verib: “Əmin olun, bu, amerikalıların növbəti yalanıdır və biz onların yalan fikrinə düşməyəcəyik.”

ABŞ-ın CNN telekanalı iddia edib ki, Vaşinqton və Bağdad administrasiyası Amerikanın İraqdakı hərbi varlığının gələcəyi ilə bağlı danışıqlara "tezliklə" başlayacaq.

ABŞ döyüş təyyarələri çərşənbə günü səhər saatlarında İraqın qərbindəki Babil və Əl-Ənbar əyalətlərindəki Curf ən-Nəsr və Əl-Qaim şəhərlərindəki Həşduş-Şabinin bəzi bazalarına hücum edib. ABŞ müdafiə naziri Lloyd Austin, Aynu'l Əsəd bazasına ballistik raket hücumu və ABŞ əsgərlərinin yaralanmasına cavab olaraq Ketaib-i Hizbullah mövqelərinin hədəf alındığını bildirib.

İraq müqavimət qruplarından ikisi olan Kətaibi Hizbullah və Kətaibi Seyyidüş Şühəda da işğalçı ABŞ-ın bazalarına qarşı əməliyyatın Qəzza müharibəsi bitənə qədər davam edəcəyini bildirib.