KİV: İsrail Suriyanın hərbi bazasına zərbə endirib

İsrail Suriyanın Şayrat aviabazasına zərbə endirib. Bazandan İran və Rusiya hərbçiləri də istifadə edir.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, bu barədə Suriyanın rəsmi Sana agentliyi məlumat yayıb.

Aerodroma hücum zamanı 2 hərbçi ölüb, 3 nəfər yaralanıb. Hərbi mənbələrin xəbərinə görə, bazadan bu yaxınlarda İran hıərbçiləri istifadə edib. Bu dəfəki hücumda məqsəd uçuş zolağını sıradan çıxarmaq olub.