İsrailin Azərbaycandakı səfirliyi snayperlərlə təlim keçirib

İsrailin Bakıdakı səfirliyi Azərbaycan Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə öz binasında təlim keçirib.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə fevralın 28-də İsrailin Azərbaycandakı səfirliyinin "X" hesabında məlumat verilib.

Bildirilib ki, fevralın 18-də baş tutan təlim iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməyə və genişləndirməyə yönəlmiş davamlı əməkdaşlığın bir hissəsidir.

İsrailin Azərbaycandakı səfiri Corc Dik təlimin uğurlu keçdiyini bildirib:

"Biz səfirliyin və diplomatik heyətin təhlükəsizliyini təmin etdiklərinə görə Azərbaycan Respublikasının hüquq-mühafizə və təhlükəsizlik orqanlarına minnətdarıq. Bu birgə təlim çox uğurlu keçdi və ölkələrimizin möhkəm təhlükəsizlik əməkdaşlığına mühüm əlavə idi. Azərbaycan dövlətinin, bütün diplomatik nümayəndəliklərin, o cümlədən İsrail səfirliyinin təhlükəsizliyinə sadiqliyi göz qabağındadır və sarsılmazdır. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirməyə davam etməyi səbirsizliklə gözləyirik".