İsrail yeni sammit keçirmək istəyir

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Təl-Əviv ərəb ölkələri ilə yeni görüş təşkil etməyə çalışır. İsrail mediası bu rejimin Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin gələn həftə Məğribin ev sahibliyi etdiyi Nəkab zirvəsinə (Nəcəf səhrasına) yeni tur təşkil etmək üçün ərəb ölkələrinə səfər edəcəyini bildirib.

“Sputnik” xəbər agentliyinin məlumatına görə, İsrail televiziyası “Kanal 12” mövzu ilə bağlı məlumat yayıb, qarşıdakı 2 ayda keçiriləcək Nəkab zirvəsinin (Nəcəf səhrası) yeni turunu təşkil etmək məqsədi ilə Misir, Birləşmiş Ərəb Əmirlikləri, Məğrib və Bəhreyndə rəsmi əlaqələri olan ərəb ölkələrinə səfər edəcəyini açıqlayıb.

İşğalçı İsrailin xarici işlər naziri Eli Koen keçən həftə Misir, Birləşmiş Ərəb Əmirlikləri, Məqrib və Bəhreyn xarici işlər nazirləri ilə yanaşı, bu rejimin iştirakı ilə gələn mart ayında Məğribdə görüş keçiriləcəyini açıqlamışdı.