İsrail qüvvələrinin qaçqın düşərgəsinə hücumunda fələstinlilərdən ölən və yaralananlar var

 İsrail qüvvələri işğal altında olan İordan çayının qərbində Betlehəm şəhərinə basqın edib. Bir fələstinli gənc həlak olub və altısı yaralanıb.

Operativtv.com SalamNews-a bu barədə Fələstin Media Mərkəzinin saytı Palinfo.com-a istinadən xəbər verir.

Bildirilib ki, İsrail qüvvələrinin bu gün sübh İordan çayının qərb sahilinin cənubunda yerləşən Betlehəm şəhərinin əl-Duhayşa qaçqın düşərgəsinə hücum ediblər.

Bu hücumda 22 yaşlı fələstinli gənc Ömər Yusif Həsən həyatını itirib və daha altı fələstinli müxtəlif dərəcələrdə yaralanıblar.

Onlardan bəzisinin vəziyyəti ağırdır.

İsrail qüvvələri düşərgədən daha üç fələstinlini tututaraq aparıblar.

Qeyd edək ki, son aylarda işğal altındakı İordan çayının qərbində vəziyyət olduqca gərginləşib. Ərəb Dövlətləri Liqası bölgədə vəziyyətin nəzarətdən çıxa biləcəyi haqda xəbərdarlıq edib.