İsrail Livana yenə hücum etdi - kəndlər bombalandı

İşğalçı sionist rejim ordusunun Livanın qərbi Bəqaa bölgəsinə həyata keçirdiyi hücum nəticəsində azı 4 nəfər şəhid olub.

Məlumata görə, şəhidlər arasında uşaqlar da var, daha 3 nəfər yaralanıb.

Hücum Zəlaya qəsəbəsinə endirilib. Hadisədən sonra bölgədə xilasetmə işləri davam etdirilib.

Sionist rejim hərbi təyyarələri Livanın cənubundakı bir neçə yaşayış məntəqəsini də bombalayıb.

Hədəfə alınan ərazilər arasında Zəvtar əl-Şərqiyyə, Zəvtar əl-Qərbiyyə  və Yəhmor əl-Şəqif də var.

İşğalçı rejim ordusu Məfdon qəsəbəsində yerləşən rəsmi məktəbin ətrafını da vurub.

Gecə saatlarında Deyr Kifa və Braçit yaşayış məntəqələrinə hava zərbələri endirilib.

Bununla yanaşı, Qəntara və Ədşit əl-Qüsəyr ətrafı artilleriya atəşinə tutulub.

Məlumata görə, 2026-cı ilin martından bəri Livanda işğalçı rejim hücumları nəticəsində 2700-dən çox insan şəhid olub, 8300-dən çox şəxs yaralanıb.

UNHCR bildirib ki, atəşkəsin ilk günlərində Livanın cənubunda 428 yaşayış evi dağıdılıb.

Bu vəziyyət yeni köç dalğasına səbəb olub və çoxsaylı ailələr evlərini tərk etmək məcburiyyətində qalıb.

Davam edən hücumlar Livanda humanitar vəziyyəti daha da ağırlaşdırır və mülki əhali üçün təhlükəni artırır.