İsrail arzuolunmaz bir quruma çevrilib

Həmas Hərəkatının Siyasi Bürosunun üzvü İzzət ər-Rişk bildirib ki, sionist İsrail beynəlxalq məhkəmələrdə mühakimə olunan arzuolunmaz bir quruma çevrilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İsrail ordusunu "münaqişə zonalarında uşaqlara zərər verən" ölkələrdən qara siyahıya salmasından sonra Həmas Hərəkatının Siyasi Büro üzvü Rişk Telegram hesabından yazılı açıqlama verib.

Benyamin Netanyahu, ordu və hökumətin bir daha sionist İsrailin qara siyahıya salınmasından qorxduğunu bildirən Rişk, "İsrail artıq beynəlxalq məhkəmələrdə mühakimə olunan arzuolunmaz bir varlığa çevrilib" deyib.

Rişk, qatil İsrailin iyunun 6-da Ən-Nüsəyrat Qaçqınlar Düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) aid bir məktəbə təşkil etdiyi hücuma toxunaraq, hücumun qəsdən törədilmiş soyqırımı olduğunu və bunun etnik təmizləmə cinayəti olduğunu vurğulayıb.

Sionist İsrailin sözügedən məktəbdə müqavimət döyüşçülərinin olması ilə bağlı iddialarının “gülünc bir yalandır” olduğuna diqqət çəkən Rişk, heç bir şeyin günahsız mülki insanların qətlinə haqq qazandıra bilməyəcəyini bildirib.