BMT: Rəfahdakı anbarlarda ərzaq ehtiyatları tükənir

BMT-nin Ümumdünya Ərzaq Proqramı Rəfahdakı anbarlarda ərzaq ehtiyatlarının tükənməsi səbəbindən Qəzza zolağının cənubunda vəziyyətin pisləşməsindən narahatdır.

Operativtv.com APA-ya istinadən xəbər verir ki bu barədə Bu barədə Ümumdünya Ərzaq Proqramının icraçı direktorunun müavini Karl Skau məlumat verib.

“İnsanlara yemək vermək üçün Rəfahdakı əməliyyatdan əvvəl oraya ehtiyat yığdıq. Lakin bu ehtiyat tükənməyə başlayır, hazırda o əraziyə çıxışımız yoxdur”, - Skau əlavə edib.