İşğalçı qüvvələr Əl-Əqsa məscidi ətrafında fələstinli namaz qılanlara hücum edib

Martın 1-də İsrail rejim qüvvələri Əl-Əqsa məscidinin Bab əl-Əsbat ətrafında fələstinli namaz qılanlara hücum edərək, onların cümə namazı üçün məscidə getməsinə mane olublar.

Qüdsdəki yerli mənbələr bildiriblər ki, işğalçı sionist qüvvələr fələstinlilərin Qüds şəhərinin qədim hissəsinə daxil olmasına mane olmaqla, onların üzərində fiziki axtarış aparıblar. Həmçinin, Əl-Əqsa məscidinin ətrafında bir neçə hərbi nəzarət məntəqəsi yaradılıb.

İşğalçılar Bab əl-Əsbata gedən yolda gənc oğlan və qadına da hücum ediblər, nəticədə sözügedən qadın huşunu itirib və daha sonra işğalçılar tərəfindən həbs edilib.

Sionist rejimin işğalçı qüvvələri artıq 21-ci həftədir ki, Əl-Əqsa məscidi və qədim Qüds şəhərinin girişlərində məhdudiyyətlər qoyub və sərt hərbi tədbirlər həyata keçirir və bu bölgənin namaz qılanları və sakinlərinə zülm edir.

 

İRNA