İraq: Səudiyyə Ərəbistanı ilə İran arasında danışıqları başlatmağa çalışırıq

“İraq çalışır yaxın zamanlarda İranla Səudiyyə Ərəbistanı arasında Bağdadda danışıqları bərpa etsin.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şiya Sudani Almaniyaya səfəri zamanı bu ölkə mətbuatına açıqlamasında deyib.

İraqın baş naziri İranla nüvə sazişinin, İranla Qərbin, habelə Səudiyyə Ərəbistanı ilə rəsmi Tehran arasında münasibətlərin İraqa təsir etdiyini bildirib və vurğulayıb ki, Bağdad İranla Səudiyyə Ərəbistanı arasında danışıqların bərpası üçün çalışır.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanın diplomatik əlaqələri 2015-ci ildən dayanıb. Son ildə Bağdadda tərəflər arasında beş tur danışıqlar olsa da tərəflər anlaşa bilməyiblər. Hazırda Yəmən münaqişəsi tərəflər arasında həlli tapılmayan əsas məsələdir.