İran Məhkəməsi son iğtişaşların liderləri ilə bağlı ilk dəfə olaraq hökm çıxarıb

İran Məhkəməsi son iğtişaşları idarə edənlərdən biri haqda edam hökmü çıxarıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Tehranın İnqilab Məhkəməsi iğtişaşların liderlərinin biri haqda edam hökmü çıxarıb.

Məlumata görə barəsində edam hökmü çıxarılan şəxs dövlət və ictimai obyektləri yandırmaqda, ümumi asayişi pozmaqda, milli təhlükəsizliyə qarşı plan qurmaq, “yer üzündə fəsad törətmək” və sair ittihamlarla ittihamlandırılıb.

Həmçinin iğtişaşlara rəhbərlik edən daha beş nəfər barədə digər fərqli hökmlər çıxarılıb. Bu şəxsləri isə beş ildən 10 ilədək həbs gözləyir.

Əlavə edilib ki, məhkəmə hökmündən apellyasiya şikayəti vermək mümkün olacaq.