İmamların məqbərələrində Fatimiyyə günlərinə hazırlıq görülür

Kərbəla, Nəcəf, Samirra və Məşhəd şəhərlərində yerləşən İmamların məqbərələrində hüznlü Fatimiyyə günlərinə hazırlıq görülür.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Nəcəf-Əşrəf şəhərində İmam Əlinin (ə) məqbərəsi kompleksində Fatimiyyə günlərinə hazırlıqlar fonunda qara bayraqlar və banerlər asılıb.

Həmçinin Məşhəd, Kərbəla və Samirra şəhərlərində bu hüznlü günlərin qeyd edilməsi istiqamətində hazırlıqlar həyata keçirilir.

Qeyd edək ki, Məhəmməd Peyğəmbərin (s.ə) qızı, imamlar anası həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhid edilməsi ilə bağlı iki fikir mövcuddur. Bir fikirə görə o həzrətin şəhid edilməsi cəmadiul-əvvəl ayının 13-ü, digər bir fikirə görə isə camadius-sani ayının üçünə təsadüf edir. Bu 20 günü hüznlü Fatimiyyə günü kimi qeyd edirlər.