İmam Əlinin (ə) həyatına qısa bir baxış

13 Rəcəb Hz.Əlinin (ə) mövlud günüdür

Möminlərin Əmiri, İmam Əlinin (ə) soyu belədir;

Atası Əbu Talib, babası Əbdülmüttalib, əcdadları Haşim ibni Əbdümə­naf ibni Kusay ibni Qılab ibni Murrə ibni Luəy ibni Qalib ibni Fihr ibni Ma­lik ibni Nadir ibni Kinanə ibni Huzəymə ibni Mudrikə ibni İIyas ibni Mudar ibni Nizar ibni Məad ibni Adnandır. Hz. Əli (ə) ilə Hz. Peyğəmbərin (s) soyu Əbdülmüttəllibdə birləşir. 

Hz. Əlinin (ə) anası Fatimə binti Əsəd binti Haşimdir. Fatimə binti Əsəd Hz. Peyğəmbərə ilk iman edən xanımlardandır. İslamdan əvvəl Hz. İbrahimin (ə) dininə tabe idi. O, elə iffətli bir qadın idi ki, doğum san­cıları gəldiyində o halıyla, Məscidül-Harama getdi və Kəbənin divarına söykənərək belə dedi:
“Allahım, Sənə və Sənin Peyğəmbərlərinə və Sənin tərəfindən göndərilən bütün kitablara və Kəbəni tikən cəddim İbrahimə (ə) möhkəm bir imanım var. Allahım, Kəbəni tikən cəddimin və bətnimdə daşıdığım uşağımın xatirinə mənim doğuşumu asanlaşdır.” Fatimə, ardından bir möcüzə ilə Kəbəyə girdi və orada do­ğuş etdi.

Hakim Nişaburi belə nəql edir: “Hz. Əlinin Kəbədəki do­ğumu bizə səhih rəvayətlərlə çatmışdır.”
Alusi Bağdadi belə yazır: “Hz. Əlinin Kəbədəki doğumu bütün dünyada məşhur və bilinəndir. İndiyə qədər heç kim bu fəzilətə nail ola bilməmişdir.”

İbni Ga’nəb bu hadisəni belə izah edir:
“Əbdülmüttəllibin oğlu Abbas və digər bir neçə adamla Kəbənin tam qarşısında oturmuş, söhbət edirdik. Əsəd qızı Fatimənin Kəbəyə doğru gəldiyini gördük. Kəbənin qarşısında dayanıb belə dedi:
‘Ya Rəbbim! Sənə, peyğəmbərlərinə və onların kitablarına inanıram. Cəddim İbrahimin haqq və söylədiklərinin doğru olduğuna şahidlik edirəm. O, bu evi Sənin əmrinlə tikdi. Onun və bətnimdə daşıdığım bu körpənin eşqinə. Bu doğuşu mənə asanlaşdır!’
Bu sırada hamımızı heyrətlər içində buraxan bir şey oldu.
Hamımızın gözləri qarşısında Kəbənin divarı dağıldı və o qiymətli qadın addımını atıb içəri girdi. Sonra da divar bitişib köhnə halına gəldi. Gözlərimizə inana bilmirdik. İlk heyrətimizi sovuşdurunca, hamımız təlaşla yerimizdən atılıb Kəbənin qapısına qaçdıq, amma qapı heç cür açılmırdı. İşin içində Kəbənin Rəbbinin bir hikməti ol­duğunu anladıq. Dörd gün sonra o uca xanım, qucağında qürurla tutduğu nur parçası kimi bir körpə ilə Kəbədən çıxdı… Qeybdən gələn bir səs bu körpənin adını Əli qoymamı istədi...”

“Fil İlinin 30-u, Rəcəb ayının 13-ü, cümə günü və Hicrətdən tam 23 il əvvəl İmam Əli (ə) dünyaya göz açdı...”

Mövlud bayramınız mübarək, Allah bizi o Həzrətin şəfaətindən binəsib etməsin.

 

MBH Elm və Tədris şöbəsi