İlahiyyatçı Sərdar Babayevin məhkəməsi başlayacaq

 Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan ilahiyyatçı Hacı Sərdar Babayevin işi baxılması üçün məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi araşdırılacaq məhkəmə işinin dəqiq tarixi hələ təyin edilməyib. Dövlətə xəyanətdə ittiham olunan Sərdar Babayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşdığından iş baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Maide.az saytının rəhbəri Sərdar Babayevə qarşı 2021-ci ilin oktyabrında saxlanılan ilahiyyatçıya Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

O, 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmağa görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.