İlahiyyat İnstitutunda Heydər Əliyev təqaüdü təsis edilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Elmi Şurasının qərarı ilə Heydər Əliyev adına 200 manat məbləğində aylıq təqaüd təsis edilib.
 
Bu barədə "Report"a Aİİ-dən məlumat verilib.  
 
Bildirilib ki, institutun Elmi Şurası Heydər Əliyev adına aylıq təqaüdün təsis edilməsi barədə qərar qəbul edib.
 
Həmin təqaüd qış imtahan sessiyasında fərqlənən tələbəyə fevral-iyul ayları üzrə, yay imtahan sessiyasında fərqlənən tələbəyə isə avqust-yanvar ayları üzrə ödəniləcək.