Husilər Yəməndə BMT və digər beynəlxalq yardım qruplarının işçilərini saxlayıb

Yəmən hökumətinin rəsmiləri və yardım qrupu bildirib ki, cümə axşamı keçirilən bir sıra reydlər zamanı ən azı 18 beynəlxalq yardım qrupu işçisi, o cümlədən doqquz yəmənli BMT işçisi saxlanılıb.

Mayyun İnsan Hüquqları Təşkilatı vebsaytına yerləşdirdiyi məlumatda öz mənbələrinə istinadən bildirib ki, husi təhlükəsizlik və kəşfiyyat rəsmiləri Yəmən paytaxtı Səna, habelə Hudeydə, Səda və Amran şəhərlərində eyni vaxtda silahlı reydlər keçiriblər.

Qrup bildirib ki, reydlər BMT və başqa beynəlxalq yardım təşkilatlarında çalışan yəmənli işçiləri hədəf alıb və onların evləridə axtarış aparılıb, onlar dindirilibb, mobil telefonları və kompyuterləri konfiskasiya edilib, daha sonra isə onlar hərbi maşınlara mindirərək aparılıblar.

Qrupun məlumatına görə, saxlanılanlar arasında BMT-nin İnsan Hüquqları üzrə Ali Kommissarlığının, BMT-nin İnkişaf Proqramı, Dünya Ərzaq Proqramı və BMT Baş katibinin Yəmənə Xüsusi Nümayəndəsinin ofisinin işçiləri var.

Bundan əlavə Save the Children, Yəmənin vətəndaş cəmiyyəti təşkilatı Yardım və İnkişaf Cavabı, Oxfam, CARE America yardım qrupları və Yəmənin hökumət təşkilatı olan İnkişaf üçün Sosial Fondun işçiləri də saxlanılıb.

Adlarının anonim qalması şərtilə danışan hökumət rəsmiləri qrupun xəbər agentliklərinə verdiyi məlumatı təsdqiləyib.

Mayyun təşkilatı reydləri və həbsləri “ən sərt şəkildə” pisləyib və bu hərəkətləri yardım işçilərinə beynəlxalq qanun altına verilən imtiyaz və toxunulmazlıqları pozan “təhlükəli eskalasiya” adlandırıb.

Qrup husilərin qaçırılan şəxslərin aqibətini açıqlamağa və onları dərhal sərbəst buraxmağa çağırıb.

BMT hələ ki, hadisə ilə bağlı şərh verməyib. Save the Children təşkilatı Associated Press-ə açıqlama verərək bildirib ki, “Yəməndə işçilərimizdən birinin harada olduğundan narahatıq və onun təhlükəsizliyi və yaxşı olmasını təmin etmək üçün əlimizdən gələni edirik.”

Yəminin husiy üsyançıları və onlara bağlı media qurumları həbsləri dərhal etiraf etməyib.

İranın dəstəklədiyi husilər Qırmızı dənizdə gəmilərə hücumlar edib və, ABŞ və Britaniya cavab olaraq onlara hava hücumları endirib. Onlar həmçinin son üç ildə Sənada ABŞ səfirliyinin təxminən 20 yəmənli işçisini saxlayıb.

 

AmerikanınSəsi