Həsən Nəsrullah harada dəfn ediləcək?

Livanın “Hizbullah” hərəkatının lideri Seyid Həsən Nəsrullahın cənazəsi İraqın Kərbəla şəhərində torpağa tapşırılacaq.

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, bu barədə İraq Baş nazirinin müşaviri Əbdül Əmir əl-Tayibən məlumat verib.

“O dəyərli şəhidin nəşi Kərbəlada İmam Hüseyn (ə) türbəsinin yanında dəfn ediləcək”, – deyə iraqlı rəsmi qeyd edib.

Xatırladaq ki, Seyid Həsən Nəsrullah 27 sentyabrda İsrailin Livana qarşı hücumu nəticəsində şəhid olub.