Hollandiyada 250.000 nəfərlik Qəzza yürüşü keçirilib

Hollandiyanın paytaxtı Amsterdamda təxminən 250 min insan hökumətin İsrailyönlü siyasətinə etiraz etmək üçün toplaşıb.

Çoxsaylı beynəlxalq və yerli QHT-lərin birgə təşkil etdiyi nümayiş Muzey meydanında “Qırmızı xətt” şüarı ilə başlayıb.

Nümayişçilər qırmızı xətti simvolizə edən qırmızı paltar geyinərək meydana toplaşıblar.

Amsterdam küçələri ilə yürüş edən etirazçılar Muzey Meydanına qayıdıblar.

Tədbirdə 130-dan çox QHT, o cümlədən çoxsaylı beynəlxalq QHT-lərin Hollandiya filialları iştirak etmişdir.

Təşkilatçılar nümayişə təxminən 250 min insanın qatıldığını bildiriblər.

Nümayiş Hollandiya tarixində Fələstinə dəstək üçün keçirilən ən böyük nümayiş hesab olunur.