"Heç kim İranın səbrini zəiflik kimi qəbul etməməlidir"

"Heç kim İranın səbrini zəiflik kimi qəbul etməməlidir. Region ölkələrinin tarixi məlumdur. Bizim siyasətimiz xüsusən Azərbaycan dövləti və xalqı ilə mehriban qonşuluq, dostluq və qardaşlıq əlaqələrini qoruyub saxlamaqdır".
Bu fikirlər İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin noyabrın 14-də Azərbaycana verdiyi notada əks olunub.
Nazirliyin bəyanatında deyilir ki, regiondan kənar əllərin İranın bəzi qonşuları ilə əlaqələrini pozmağa çalışması şübhəsizdir: "Ümid edirik, qonşuluqdakı dostlarımız başqa ölkələrin daxili işinə qarışmamaq siyasətindən çıxış edəcəklər".
Noyabrın 11-də Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Səfirin XİN-ə çağrılmasına səbəb kimi Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması göstərilmişdi.
Elə həmin gün İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılmışdı.
 
Meydan tv