Haniyə: Düşmən ancaq güc dilini başa düşür

"İşğalçılar Fələstin torpaqlarından tamamilə çıxarılana qədər “Qüds qılıncı” sionistləri vurmağa hazır olacaq"

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər veri ki, bunu Fələstin İslami Müqavimət Hərəkatı “Həmas”ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ərəb və islam xalqları arasında birlik və həmrəyliyin zəruriliyini vurğulayan bəyanatda deyib.

Haniyə bildirib:

"Bütün sülh, barışıq və danışıqlar illüziyalarından əl çəkmək lazımdır, çünki bu rejim ancaq qılınc və silahın dilini başa düşür".

İsmayıl Haniyə Fələstin məsələsinin üzləşdiyi çətinliklərə toxunaraq deyib:

"Bu çətinliklər arasında sionist rejimin son parlament seçkiləri və bu rejimdə radikal sionistlərin qələbəsi, işğalçıların Məscidül-Əqsaya dini suverenlik tətbiq etmək və Fələstin məsələsinin sütunlarını məhv etmək cəhdləri və hər şeydən əvvəl qaçqınların geri qayıtmaq hüququ kimi məsələlərə toxuna bilərik.

Qüds hədəf alındıqca bizim prioritetimiz və strategiyamız Qüdsü düşmənlə mübarizəmizin mərkəzinə çevirmək olacaq və bu bizi birləşdirəcək".