Haaqa Məhkəməsi: İsrail Qəzzada soyqırımın qarşısını almaq üçün lazımi tədbirlər görməlidir

Beynəlxalq Ədalət Məhkəməsi bu gün (cümə) Qəzzada sionist rejimin hərbi fəaliyyətlərini dayandırmaq üçün "fövqəladə və müvəqqəti tədbirlər"lə bağlı qərarını açıqlayıb. Bu günki hökmdə məhkəmə bu işi idarə etmək səlahiyyətini təsdiq edib və sionist rejimdən soyqırımın qarşısını almaq üçün hərəkətə keçməsini istəyib.

İRNA-nın məlumatına görə, Beynəlxalq Ədalət Məhkəməsinin sədri “Joan Donahue” bu gün məhkəmənin ilkin qərarını oxuyub və deyib: Bu məhkəmə Qəzzada baş verən hazırkı faciədən xəbərdardır və orada davamlı qətliamları pisləyir.

O, deyib: Məhkəmənin bu sahədə səlahiyyət dairəsi Cənubi Afrika Respublikasının təqdim etdiyi sorğuya görə məhduddur.  Şərtlər məhkəmə nizamnaməsinin 7-ci və 9-cu maddələrinə uyğun olarsa, məhkəmə müvəqqəti tədbirlər görə bilər.

Məhkəmənin başçısı əlavə edib: Biz İsrailə qarşı kütləvi qətl hadisəsini rədd etmirik və fövqəladə tədbirlərlə bağlı qərar vermək hüququmuz var. Məlumatlar göstərir ki, müharibə zamanı 25 mindən çox fələstinli həyatını itirib, 2 milyondan çox insan isə didərgin düşüb. Fələstin xalqı kütləvi qətllərin qadağan edilməsinə dair razılaşma əsasında himayə altındadır. İlkin xəbərlər Qəzzanın ümidsizlik və ölüm məkanına çevrildiyini göstərir.