Fransa etirazlarla mübarizə aparır

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə sarı jiletlilər hökumətin pensiya islahatlarına və inflyasiyaya etiraz ediblər. Fransa mətbuatında yer alan xəbərə görə, sarı jiletlilər Paris, Strasburq və Anje şəhərlərində hökumətin 10 yanvarda məzmununu açıqlayacağı pensiya islahatına, yüksələn enerji qiymətlərinə və inflyasiyaya qarşı nümayiş keçirib. Parisin Breteuil küçəsində toplaşan nümayişçilər İqtisadiyyat Nazirliyinin binası yaxınlığında yürüş ediblər.

Sosial mediada əks olunan görüntülərdə Parisdə nümayişin əvvəlində polisin sarı jiletli kortejinin irəliləməsinə icazə vermədiyi, daha sonra nümayişçilərə qarşı gözyaşardıcı qazla müdaxilə etdiyi bildirilir.

Xatırladaq ki, Fransada yanacağın bahalaşması və pis iqtisadi şərtlərə cavab olaraq 17 noyabr 2018-ci ildə başlayan sarı jiletlilər hərəkatı prezident Emmanuel Makronun sosial-iqtisadi siyasətlərinə etirazlarla davam edir.