Əfqanıstanda avtobus partladılıb, 7 nəfər ölüb

Əfqanıstanın Məzari-Şərif şəhərində avtobusun keçidi sırasında yol kənarında bombanın partlaması zamanı 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Bəlx vilayətinin təhlükəsizlik xidmətinin nümayəndəsi Məhəmməd Asif Vəziri deyib

O, partladılan avtobusda Hayraton şəhərində çalışan gömrük əməkdaşlarının olduğunu deyib.

Partlayışla bağlı heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.