Fələstin tərəfdarları Londonda ardıcıl 19-cu həftə nümayiş keçiriblər

Minlərlə Fələstin tərəfdarı fevralin 14-də Londonda 19-cu həftə ardıcıl olaraq sionist rejimin Qəzzada vəhşi cinayətlərinə etiraz olaraq nümayiş keçirib və bu bölgədə dərhal atəşkəs tələb ediblər.

Müxtəlif xalqlardan və dinlərdən olan iştirakçılar növbəti dəfə İngiltərə paytaxtının küçələrinə axışaraq ədalət tələbi, aparteidə son qoyulması və Qəzzada dərhal atəşkəs haqqında şüarlar səsləndiriblər.
Onlar əvvəlcə Londonun mərkəzində yerləşən Mərmər Tağ Meydanına toplaşaraq sionist rejim əleyhinə şüarlar səsləndirdikdən sonra bu rejimin səfirliyinə doğru yürüş ediblər.
Bu etiraz aksiyasında iştirak edən insanlar İngiltərənin sionist rejimə silah yardımının dayandırılmasını və bu rejimin səfirinin Londondan çıxarılmasını tələb ediblər.
Onlar Fələstin bayrağını daşıyaraq əllərində “İşğala son qoyun”, “Fələstini azad edin”, “Atəşkəsi təmin edin” sözləri yazılmış plakatlar tutublar.