Fələstin Muxtariyyəti İsraillə təhlükəsizlik üzrə koordinasiya razılaşmasını dayandırıb

 İsrail qüvvələrinin Cenin şəhərinə hücumu və burada 10 fələstinlinin qətlə yetirilməsindən sonra Fələstin muxtariyyəti təhlükəsizlik üzrə koordinasiya razılaşmasını dayandırıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstin Muxtariyyətinin sözcüsü Nəbil Əbu-Radina məlumat verib.

İsrail qüvvələrinin ötən gün Cenin şəhərinə hücumu, burada 10 nəfəri qətlə yetirməsi və dağıntılar törətməsinə münasibət bildirən Fələstin rəsmisi bu rejimlə təhlükəsizlik üzrə koordinasiya müqaviləsinin dayandırıldığını bildirib.

O, əlavə edib ki, Fələstin muxtariyyəti BMT Təhlükəsizlik Şurasında və Beynəlxalq Məhkəmədə İsrailə qarşı addımlarını sürətləndirəcək.