20 Yanvar hadisələri və I Qarabağ Müharibəsi zamanı həlak olanların yaxınları Şəhidlər Xiyabanında etiraz ediblər. Onlar hadisədən 30 ildən çox vaxt keçməsinə baxmayaraq kompensasiya, sığorta ödənişləri ala bilmədiklərini deyirlər.
Etirazçılar bildirir ki, dövlət tərəfindən lazimi diqqət görmürlər və dəfələrlə bununla bağlı aidiyyəti qurumlara şikayət etsələr də, müraciətləri nəticəsiz qalıb.
"Şəhidləri kateqoriyalara bölüblər. Biz bilirik ki, şəhid adı 20 yanvar hadisələrindən başlayıb, buna baxmayaraq, 1988-ci ildən Azərbaycan şəhid verir. Harasa gedəndə deyirlər ki, "sizin şəhidlər köhnədir", şəhidin təzəsi-köhnəsi olmur", deyə Maral Zamanova qeyd edib.
Həlak olanların yaxınlarının sözlərinə görə, onlar dövlət tərəfindən ayrı-seçkiliklə üzləşirlər. Sevinc Rüstəmova bildirir ki, dövlət qurumlarından ona dəstək göstərilməyib:
"Şərt o deyil ki, silahın olsun, onlar meydanda silahsız olublar. Atam o meydana könüllü gedib. Bəlkə də öləcəyini bilirdi, öldü getdi. Olan kimə oldu? Mən yetimə oldu. Bu gün mənə kimdən dəstək var? Dövlət qurumundan biri gəlib desin ki, şəhid qızına 1 kilo "qreçka" (qarabaşaq) vermişəm. Deyə bilməz".
Aidiyyəti qurumlardan məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.
1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və Azərbaycanın bir neçə rayonuna hərbi müdaxiləsi zamanı həlak olmuş 149 nəfərə indiyədək "20 Yanvar şəhidi" fəxri adı verilib.
1988-ci ildən 1994-cü ilə kimi I Qarabağ Müharibəsi zamanı Azərbaycanla Ermənistan arasındakı toqquşmalar nəticəsində hər iki tərəfdən minlərlə şəxs həlak olub.
"Dövlət qurumundan biri gəlib desin ki, şəhid qızına dəstək olmuşam"