Dövlət Komitəsindən xaricdə təhsil almış din xadimlərilə bağlı açıqlama

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov xaricdə dini təhsil almış din xadimlərinin Azərbaycanda müxtəlif dini vəzifələrdə çalışması məsələsinə münasibət bildirib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbərinə görə, S.Heydərov noyabrın 14-də Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Azərbaycan: birgəyaşayış nümunəsi” mövzusunda konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, qanuna əsasən milli kadrlara üstünlük verilir.

“Eyni zamanda qanunda xaricdə dini təhsil almış şəxslərin din xadimi kimi fəaliyyət göstərməsinə müəyyən məhdudiyyət var, ancaq istisna hallarda xüsusi yoxlamadan keçdikdən sonra müsbət rəy olduğu halda onları din xadimi kimi təyin edirik”, – deyə S.Heydərov əlavə edib.